İnkişafda olan ölkələrin dünya iqtisadiyyatında payı artır
07 aprel 2012 11:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dünya iqtisadiyyatında mövcud olan problemlərin fonunda iqtisadiyyatı sürətlə artan ölkələrdə vəziyyət daha nikbindir. “APA-Economics”in məlumatına görə, bu barədə “Ernst & Young” beynəlxalq konsaltinq şirkətinin bu ölkələrə həsr olunmuş rüblük icmalında deyilir.
İcmala əsasən, sürətlə artan ölkələrdə iqtisadi artım 2012-ci ildə 5,3%, 2013-cü ildə 6,3% səviyyəsində proqnozlaşdırılır.
Qeyd edək ki, sürətlə artan ölkələr kimi dünyanın 25 ən iri inkişafda olan ölkəsi nəzərdə tutulur. Buraya Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika ilə yanaşı, Şərqi Avropa, Cənubi Amerika, Asiya və Sakit Okean regionu və Afrikanın bəzi ölkələri (Argentina, Qana, Ukrayna, Qazaxıstan, Qatar, Türkiyə, BƏƏ, Koreya, Malayziya) daxildir.
“Ernst & Young”ın proqnozuna görə, yaxın illərdə bu ölkələrin dünya iqtisadiyyatının artımında payı 50%-ə çatacaq. Bu ölkələrin artımının əsas səbəbi kimi istehlak tələbatının artması qeyd olunur.

Maliyyə
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024
Kapital Bank-ın 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
15:27
17 may 2024
BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq
15:18
17 may 2024
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:25
17 may 2024