Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı ABŞ-da keçirilən konfransda iştirak edib

Azərbaycan Beynəlxalq Bankı ABŞ-da keçirilən konfransda iştirak edib
# 09 aprel 2012 10:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı Pulların yuyulması ilə mübarizə üzrə sertifikatlaşmış mütəxəssislər Assosiasiyasının (ACAMS) pulların yuyulması ilə mübarizəyə həsr olunmuş 17-ci illik konfransında iştirak edib.

Bankın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ABŞ-ın Mayami şəhərində keçirilən konfransda müxtəlif ölkələrdən 700-dən artıq mütəxəssis iştirak edib.

Konfransda “JP Morgan Chase”, “Lloyds Bank”, “Citigroup, Scotiabank”, “Goldman Sachs”, “KPMG”, “Ernst & Young” şirkətlərin, ABŞ-ın Federal Təhqiqatlar Bürosu, ədliyyə nazirliyi, dövlət xəzinədarlığının nümayəndələri çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR