Bank Of Baku

Azərbaycan Yaponiyadan aldığı kreditlərin 172 mln. dollarını qaytarıb

Azərbaycan Yaponiyadan aldığı kreditlərin 172 mln. dollarını qaytarıb
# 09 aprel 2012 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Yaponiya ilə əməkdaşlığa başladığı dövrdən indiyədək iki ölkə arasında ümumi məbləği 1,423 mlrd. ABŞ dolları olan 5 kredit sazişi imzalanıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2011-ci il üzrə fəaliyyəti haqqında dərc olunmuş hesabatda bildirilir.

Hesabatda qeyd olunub ki, imzalanmış kreditlərdən ümumi həcmi 621,5 mln. dollar təşkil edən 3 layihə başa çatıb, ümumi məbləği 801,5 mln. dollar olan digər 2 kredit sazişi isə icra olunmaqdadır: «İmzalanmış kredit sazişlərinin 3-ü elektroenergetika, 1-i kimya sənayesi, 1-i isə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində layihələrin maliyyələşdirilməsini əhatə edir».

«EP-300 zavodunun tikintisi» üzrə imzalanmış kredit sazişi çərçivəsində Yaponiyadan alınmış 118 mln. dollar məbləğində vəsait tam həcmdə qaytarılıb. Qalan 4 kredit sazişi üzrə 2012-ci ilin yanvarın 1-dək 629,3 mln. dollar məbləğində vəsait istifadə edilib ki, bu da həmin sazişlər üzrə ümumi kreditin 48,2%-ni təşkil edir: «Kredit sazişləri üzrə 2012-ci ilin yanvarın 1-dək qaytarılan əsas borcun ümumi məbləği 54,4 mln. dollara bərabər olub».

Eyni zamanda, Azərbaycanla əməkdaşlıq dövrü ərzində Yaponiya hökuməti Azərbaycana ümumi məbləği 59,7 mln. dollardan çox olan 21 qrant ayırıb. Qrant yardımları səhiyyə, təhsil, mədəniyyət, idman, nəqliyyat, kənd təsərrüfatı, elektroenergetika, suvarma və meliorasiya sahələrində layihələri əhatə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR