Bank Of Baku

«Standard & Poors» agentliyi «AGBank»ın reytinqi üzrə proqnozunu yüksəldib

«Standard & Poors» agentliyi «AGBank»ın reytinqi üzrə proqnozunu yüksəldib
# 09 aprel 2012 14:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Standard & Poors» beynəlxalq reytinq agentliyi Azərbaycanın «AGBank» ASC-nin reytinqi üzrə proqnozu «Neqativ»dən «Stabil»ə yaxşılaşdırıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Agentlik bankın kredit portfelindəki müsbət dəyişiklikləri nəzərə alaraq, reytinq üzrə proqnozu «Stabil»ə yüksəldib. Nəticədə, bankın reytinqi «B-» kimi qiymətləndirilib.

Agentliyin hesabatında bildirilir ki, «AGBank» kredit portfelinin keyfiyyətini yüksəldə və problemli kreditlərin həcmini xeyli azalda bilib.

Qeyd edək ki, 2012-ci il yanvarın 1-nə olan məlumata əsasən, bankın ümumi aktivləri 319 mln. manat, illik mənfəəti isə 3,88 mln. manat təşkil edib.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR