Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsini genişləndirir

Asiya İnkişaf Bankı Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsini genişləndirir
# 17 aprel 2012 09:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda artıq əməkdaşlıq etdiyi və daha bir neçə yeni bank təşkilatları ilə kreditləşdirmə istiqamətində danışıqları davam etdirir. Bu barədə «APA-Economics»ə AİB-in Azərbaycandakı daimi nümayəndəliyindən bildirilib.

Nümayəndəlikdən verilən məlumata görə, may ayında AİB-in maliyyə missiyasının Azərbaycana səfəri gözlənilir. Səfər çərçivəsində AİB-in maliyyə mütəxəssisləri əməkdaşlıq etdiyi və bir neçə yeni banklarla kredit mexanizmi məsələsini müzakirə edəcək: «Danışıqlardan sonra AİB Azərbaycanın bir neçə bankını seçərək onlara kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditlər ayıracaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR