Bank Of Baku

Bakıda daxili auditlə bağlı beynəlxalq konfrans keçiriləcək

Bakıda daxili auditlə bağlı beynəlxalq konfrans keçiriləcək
# 17 aprel 2012 13:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. May ayının 3-4-də Bakıda «Daxili audit: reallıqlar və perspektivlər» mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Azərbaycan Auditorlar Palatasından «APA-Economics»ə verilən məlumata görə, konfransın təşkilində əsas məqsəd daxili auditin iqtisadi inkişafda rolu və əhəmiyyəti sahəsində peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla daxili auditin genişləndirilməsi istiqamətlərini dəqiqləşdirmək, həmçinin əməli təkliflər irəli sürmək, maarifləndirmə və əməkdaşlıq üzrə fəaliyyət mexanizmlərini müəyyən etməkdən ibarətdir.

Qeyd edək ki, konfrans Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Daxili Auditorlar İnstitutunun Avropa Konfederasiyası (ECIIA), Azərbaycan Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR