Bank Of Baku

«Azərlotereya» ötən il 1,7 mln. manat mənfəət əldə edib

«Azərlotereya» ötən il 1,7 mln. manat mənfəət əldə edib
# 18 aprel 2012 07:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanda 18,5 mln. lotereya biletləri satılıb və satılan biletlərin məcmu dəyəri 19,159 mln. manat təşkil edib. «APA-Economics»in məlumatına görə, bunu Bakıda Avropanın dövlət lotereya və toto Assosiasiyasının və «Azərlotereya»nın təşkilatçılığı ilə keçirilən «Lotereya fəaliyyətinin hüquqi tənzimlənməsi» adlı beynəlxalq tədbirdə «Azərlotereya» ASC-nin İdarə Heyətinin sədri Maqsud Tağıyev bildirib.

M.Tağıyevin sözlərinə görə, ötən il «5/36» lotereyasına maraq kəskin artıb və bu lotereyanın biletlərinin xüsusi terminallar vasitəsi ilə satışı 26,4% artıb.

Ümumilikdə, 2011-ci ildə bütün lotereyalar üzrə uduş fondu 12,313 mln. manata bərabər olub ki, bu da satılan biletlərin ümumi dəyərinin 64%-ni təşkil edir. Ötən il «Azərlotereya»nın digər gəlirləri 735 min manat, əsas xərcləri 5,914 mln. manat, dövlət büdcəsinə köçürmələr 1,2 mln. manat, balans mənfəəti 1,666 mln. manat olub. Hesabat ilində «Azərlotereya» tərəfindən həmçinin 2,820 mln. manat həcmində müxtəlif uduşlar oynanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR