Bank Of Baku

Bakıda «Lotereya fəaliyyətinin hüquqi tənzimlənməsi» mövzusunda beynəlxalq tədbir keçirilir - FOTO

Bakıda «Lotereya fəaliyyətinin hüquqi tənzimlənməsi» mövzusunda beynəlxalq tədbir keçirilir - <font color=red>FOTO</font>
# 18 aprel 2012 07:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Avropanın Dövlət Lotereyalar və Toto Assosiasiyasının dəstəyi və «Azerlotereya» ASC-nin təşkilatçılığı ilə «Lotereya fəaliyyətinin hüquqi tənzimlənməsi» mövzusunda tədbir işə başlayıb.

«APA-Economics»in məlumatına görə, ilk dəfədir Azərbaycanda keçirilən analoji tədbirdə 10 ölkədə (Azərbaycan, Türkiyə, Serbiya, Fransa, Niderland, Rusiya və s.) lotereya fəaliyyəti ilə məşğul olan təşkilatların rəhbərləri və nümayəndələri iştirak edirlər.

Tədbirdə çıxış edən «Azerlotereya»nın İdarə Heyətinin sədri Maqsud Tağıyev forumun Dövlət Lotereyalar və Toto Assosiasiyasının üzvləri arasında əməkdaşlığın genişləndirilməsində və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edib, «Azerlotereya» ASC-nin fəaliyyəti və ölkədə bu sahədə mövcud qanunvericilik bazası haqqında məlumat verib.

Toplantıda çıxış edən Avropanın Dövlət Lotereyalar və Toto Assosiasiyasının prezidenti Fridrix Stikler belə tədbirlərin assosiasiya üzvləri arasında əlaqələrin inkişaf etdirilməsində əhəmiyyətli olacağına əminliyini vurğulayıb.

Öz növbəsində Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nümayəndəsi Fərid Rəhimli, müxtəlif ölkələrin lotereya fəaliyyəti ilə məşğul olan təşkilatlarının nümayəndələri isə çıxışlarında ölkələrinin lotereya fəaliyyəti sahəsində təcrübəsi, bu sahədə qanunvericilik barədə məlumat veriblər.

İki gün davam edəcək tədbirdə lotereya təşkilatları arasında əməkdaşlıq, inkişaf edən ölkələrdə lotereya fəaliyyətinin perspektivləri, lotereyaların sosial istiqaməti və s. məsələlər ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, Avropanın Dövlət Lotereyalar və Toto Assosiasiyasına 40-dan çox ölkənin 72 lotereya operatoru daxildir. Bu ölkələrin əksər ölkələri (27 ölkə) Avropa İttifaqının üzvüdür, digər ölkələr isə Avropa İttifaqına üzv olmayan, lakin Avropa ilə əməkdaşlıq edən ölkələrdir. Assosiasiyanın başlıca məqsədi üzvlər arasında əməkdaşlığın genişləndirilməsi, onların biliklərinin təkmilləşdirilməsi və lotereyaların beynəlxalq standartlara uyğun keçirilməsi üçün üzv ölkələrə dəstək göstərməkdir. «Azerlotereya» ASC 2003-cü ildən Avropanın Dövlət Lotereyalar və Toto Assosiasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR