Bank Of Baku

Azərbaycan gəlir vergisi sisteminə dəyişikliklər hazırlayır

Azərbaycan gəlir vergisi sisteminə dəyişikliklər hazırlayır
# 18 aprel 2012 10:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda gəlir vergisinin dərəcələrinə və vergiyə cəlb olunan gəlirlərin məbləğinə yenidən baxılacaq. «APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyi İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Vergilər Nazirliyində həm dövlət təşkilatları, həm də özəl sektorun aparıcı təşkilatlarının iştirakı ilə təkliflər paketi hazırlanıb və bu paketdə həmin təşkilatların bütün təklifləri nəzərə alınıb.

Təkliflərə əsasən, fiziki şəxslərin gəlir vergisinin maksimal dərəcəsinin (hazırda 30%-dir) aşağı salınması, eləcə də maksimal dərəcəyə cəlb olunan həddin (indi 2 min manatdır) artırılması əksini tapıb: «Lakin hələlik bu məbləğlərin və faiz dərəcələrinin necə dəyişdiriləcəyi barədə danışmaq tezdir, bununla bağlı müzakirələr gedir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR