Bank Of Baku

“Bank Standard”ın “Kartla ödə, “Apple” qazan!” aksiyasının II mərhələsinin qalibləri müəyyənləşib

“Bank Standard”ın “Kartla ödə, “Apple” qazan!” aksiyasının II mərhələsinin qalibləri müəyyənləşib
# 18 aprel 2012 10:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Bank Standard” ASC-nin “Kartla ödə, “Apple” qazan!” aksiyasının II mərhələsinin lotereyası keçirilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, lotereyanın qalibləri Ruslan Abbasov, Rüstəm İbrahimov, Dursuntaqan Guvanjova, Mədinə Quliyeva, Vüsal Əliyev, Dilbər Əsgərova, Anjela Qəmərli, Aytəkin Mustafayeva, Aydın Məmmədov və Tələt Nəbiyev olublar. Qaliblərin hər birinə “iPad2” planşetləri təqdim olunacaq.

Qaliblər öz uduşlarını təhvil almaq üçün tirajın keçirilmə tarixindən etibarən 90 iş günü ərzində bankın baş ofisinə (Bakı, Azərbaycan pr., 4) müraciət edə bilərlər.

Qeyd edək ki, “Kartla ödə, “Apple” qazan!” geniş həcmli aksiyası “Bank Standard” tərəfindən buraxılan kart sahibləri üçün nəzərdə tutulub. Aksiya 4 mərhələdə keçirilir və 2012-ci ilin sentyabr ayının sonunadək davam edəcək. Bu mərhələlərin hər birində ardıcıl olaraq 10 ədəd “MacBook Pro” noutbuku, daha sonra 10 ədəd “iPad2” planşeti, 10 ədəd “iPhone” mobil telefonu və nəhayət 10 ədəd “MacBook Air” noutbuku oynanılır. Aprelin 1-dən iyunun 30-dək davam edəcək aksiyanın növbəti, sayca III mərhələsinin uduş fondunu 10 ədəd “iPhone” mobil telefonunun satışda olan ən son modeli təşkil edir.

Aksiyada iştirak etmək üçün bankın plastik kartı ilə POS-terminal, bankomat, habelə “Mobil Bank” xidməti vasitəsilə və ya İnternetdə ödəniş aparmaq lazımdır. Kartlar vasitəsilə ödənilən hər 10 şərti vahid (AZN, USD, GBP, EUR) kart sahibinə bir lotereya şansı qazandırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR