Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin artıb
# 18 aprel 2012 12:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 111 xarici dövlətlə ticarət əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsi 7 406,1 mln. ABŞ dolları təşkil edib, bunun 1 333,5 mln. dolları idxalın, 6 072,6 mln. dolları isə ixracın payına düşüb. Nəticədə 4 739,1 mln. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin ilk iki ayı ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 57%, idxal 0,4%, ixrac 79,1%, müsbət saldo isə 2,3 dəfə artıb.

«Qeyri-neft məhsullarının ixracı 222,7 mln. dollar dəyərində olub və 2011-ci ilin yanvar-fevral aylarının səviyyəsini 6,6% üstələyib», - deyə Komitədən bildirilib.

Xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (81,1%-i) İtaliya, Almaniya, Fransa, İndoneziya, Rusiya, İsrail, Türkiyə, ABŞ, Bolqarıstan, Sinqapur, Hindistan, Ukrayna, Gürcüstan, Çin və Tayvan (Çinin əyaləti) ilə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR