Bank Of Baku

«AtaBank»ın mənfəəti I rübdə 2,3 dəfə artırıb

«AtaBank»ın mənfəəti I rübdə 2,3 dəfə artırıb
# 18 aprel 2012 14:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC-nin aktivlərinin həcmi 2012-ci il aprelin 1-nə 227,1 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 17,4% artaraq 154,5 mln. manat, həmçinin bankın müddətli depozit portfeli 11,8% artaraq 163,4 mln. manat, fiziki şəxslərin müddətli əmanətləri 36,9% artaraq 106 mln. manat, məcmu kapitalı 30,4 mln. manat, o cümlədən nizamnamə kapitalı 25 mln. manat olub.

Mart ayının sonuna bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliliyi müvafiq olaraq 0,52% və 4,69% təşkil edib.

Bu ilin yanvar-mart aylarında bankın balans mənfəəti 1,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR