Bank Of Baku

«Access Bank» Azərbaycan üçün yeni xidmətin tətbiqinə başlayıb

«Access Bank» Azərbaycan üçün yeni xidmətin tətbiqinə başlayıb
# 19 aprel 2012 08:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC Azərbaycanda ilk dəfə yeni bank xidmətinin tətbiqinə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni xidmət vasitəsilə bankın müştəriləri filiala gəlmədən öz kredit borclarını telefon vasitəsi ilə ödəyə biləcəklər. Kredit müştəriləri bir neçə dəqiqə ərzində, bankın ümumi zəng mərkəzinə - *0151 nömrəsinə zəng vurmaqla öz kreditlərini ödəyə bilərlər.

Kreditin tam və ya qismən ödənilməsini həyata keçirmək üçün «Access Bank» plastik kartının mövcudluğu tələb olunur. Bu xidmət bankın müştərilərinə öz vaxtlarına əhəmiyyətli dərəcədə qənaət etməyə kömək edəcək və hər bir ödəniş zamanı filiala gəlmək zərurətini aradan qaldıracaq.

Bankın İdarə Heyətinin sədri Endryu Pospielovskinin sözlərinə görə, bank göstərdiyi xidmətlərin keyfiyyətini daim təkmilləşdirməyə çalışır: «Krediti telefonla ödəmək imkanı bizim müştərilərimizə vaxta qənaət etməkdə kömək edəcək».

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 29 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR