Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı «Texnikabank»ın DSMF-nin keçirdiyi tenderin qalibi elan olunmasının əleyhinə çıxış edib

Azərbaycan Mərkəzi Bankı «Texnikabank»ın DSMF-nin keçirdiyi tenderin qalibi elan olunmasının əleyhinə çıxış edib
# 19 aprel 2012 08:58 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Fondun sədri Səlim Müslümov bildirib.

S.Müslümovun sözlərinə görə, artıq qalib elan edilmiş banklarla müvafiq müqavilələr imzalanıb. Eyni zamanda 69 lotdan 22 lot üzrə qalibi müəyyən etmək mümkün olmayıb, çünki həmin lotlar üzrə tenderdə iştirak edən bankların sayı 3-dən az olub. Bu lotlar üzrə təkliflər sorğusu üzrə qalibin müəyyən edilməsi üçün təkliflər sorğusunun keçirilməsi məqsədi ilə Satınalmalar üzrə Dövlət Agentliyinə müraciət edilib.

S.Müslümov bildirib ki, iki şöbə – Sumqayıt şəhər və Abşeron rayon şöbələri üzrə ən aşağı qiyməti «Texnikabank» ASC təqdim edib. «Lakin «Texnikabank»da yaranmış problemləri nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankına «Texnikabank»ın maliyyə vəziyyəti barədə müraciət edilib. Müraciətə alınmış cavab «Texnikabank»ın qalib elan edilməsinin məqsədəuyğun olmadığını göstərib. Dünən komissiya hər iki şöbə üzrə ikinci yeri tutan «Kapitalbank»a müqavilə imzalamağı təklif edib. Lakin «Kapitalbank» Sumqayıtda bankomat şəbəkəsi geniş olmadığına görə, təklifi qəbul etməyib. Nəticədə Abşeron rayonu «Kapitalbank»a, Sumqayıt şəhəri isə ABB-yə həvalə olunub», - deyə S.Müslümov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR