Bank Of Baku

«AtaSığorta» şirkəti son bir ildə daxilolmalarını iki dəfədən çox artırıb

«AtaSığorta» şirkəti son bir ildə daxilolmalarını iki dəfədən çox artırıb
# 19 aprel 2012 11:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin 2012-ci ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının ümumi həcmi 3,508 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə aparılan ödənişlərin həcmi 2011-ci ilin I rübü ilə müqayisədə 24,8% artaraq 0,528 mln. manata çatıb.

Qeyd edək ki, təsisçisi «AtaHolding» olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. İcbari Sığorta Bürosunun üzvü olan şirkət sığortanın 22 könüllü və 4 icbari növləri üzrə məhsullar təqdim edir. Hazırda şirkətin 2 filialı var. Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 5,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR