Bank Of Baku

Proqnoz: Azərbaycanda cari əməliyyatlar balansının ÜDM-ə nisbəti yaxın iki ildə əhəmiyyətli şəkildə azalacaq

Proqnoz: Azərbaycanda cari əməliyyatlar balansının ÜDM-ə nisbəti yaxın iki ildə əhəmiyyətli şəkildə azalacaq
# 19 aprel 2012 12:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda cari əməliyyatlar balansının ÜDM-ə nisbətinin 2012-ci ildə 21,8%, 2013-cü ildə isə 16,4% səviyyəsində olacağını proqnozlaşdırır. «APA-Economics»in məlumatına görə, bu barədə BVF-nin «Dünya iqtisadiyyatının icmalı»nda deyilir.

Xatırladaq ki, 2011-ci ilin yekunlarına görə, cari əməliyyatlar balansının ÜDM-ə nisbəti 26,3% təşkil edib. Bu göstərici üzrə Azərbaycan dünyada aparıcı yerlərdən birini tutur.

Ümumilikdə qeyd etmək lazımdır ki, adətən cari əməliyyatlar balansı neft-qaz ixrac edən ölkələrdə müsbət, idxal edən ölkələrdə isə mənfi olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR