Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin profisiti 85% artıb

Azərbaycan dövlət büdcəsinin profisiti 85% artıb
# 19 aprel 2012 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinə 2 475,0 mln. manat daxil olub, büdcədən isə 1 286,7 mln. manat vəsait xərclənib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 1 188,3 mln. manatlıq profisit ümumi daxili məhsulun 14,9%-ni təşkil edib.

Ötən ilin ilk iki ayı ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 35,3%, xərcləri 8,4%, profisit isə 85% artıb.

«Büdcə xərclərinin 287,7 mln. manatı və ya 21,7%-i iqtisadiyyatın inkişafına, 343,6 mln. manatı (26,7%-i) sosial müdafiə və sosial təminata, 174,3 mln. manatı (13,5%-i) təhsilə və səhiyyəyə yönəldilib», - deyə Komitədən bildirilib.

Ötən ilin yanvar-fevral aylarına nisbətən iqtisadiyyatın inkişafına yönəldilmiş vəsaitin həcmi 15,1% azalıb, sosial müdafiə və sosial təminata 34,8%, təhsilə və səhiyyəyə isə 1,1% artıb.

Qeyd edək ki, 2012-ci il dövlət büdcəsinin gəlirləri 16,438 mln. manat, xərcləri isə 17,072 mln. manat məbləğində təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR