Bank Of Baku

Dubay nümayəndə heyəti Azərbaycanın investisiya imkanları ilə tanış olub

Dubay nümayəndə heyəti Azərbaycanın investisiya imkanları ilə tanış olub
# 19 aprel 2012 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dubay əmiri administrasiyasının rəhbəri, Dubay İnvestisiya Korporasiyasının baş icraçı direktoru, Dubay Bankının sədri, Dubay İslam Bankı İdarə Heyətinin sədri Məhəmməd İbrahim əl-Şaybaninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

APA-Economics”in xəbərinə görə, səfər çərçivəsində nümayəndə heyəti İqtisadi İnkişaf Nazirliyində olub, nazir Şahin Mustafayevlə görüşüb. Görüşdə mövcud iqtisadi əlaqələr və qarşılıqlı investisiya imkanları müzakirə edilib.

“Bakı Ağ Şəhər” ofisinin binasında keçirilmiş tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) vitse-prezidenti Gülşən Rzayeva Azərbaycanın qazandığı sosial-iqtisadi nailiyyətlər, ölkədə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanları, Azərbaycan İnvestisiya Şirkəti icraçı direktorunun müavini Rövşən Nəcəf təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirilən layihələr, Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin direktoru Toğrul Köçərli şirkətin fəaliyyət istiqaməti və investisiya layihələri barədə ətraflı məlumat veriblər.

“Bakı Ağ Şəhər” layihəsinin direktoru Ruslan Sadıxov layihə barədə ətraflı məlumat verərək, bu layihənin dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən ən iri müasir layihələrdən biri olduğunu bildirib.

Tədbirdə Azərbaycanın turizm imkanlarının, eləcə də bir sıra iri Azərbaycan şirkətlərinin investisiya layihələrinin təqdimatı keçirilib. Təqdim olunan layihələr Dubay nümayəndə heyəti tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Dubay nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR