Bank Of Baku

Asiya İnkişaf Bankının vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO

Asiya İnkişaf Bankının vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb - <font color=red>FOTO</font>
# 20 aprel 2012 07:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Asiya İnkişaf Bankının özəl sektor və birgə maliyyələşdirmə üzrə vitse-prezidenti xanım Lakşmi Venkataçalamın Azərbaycana səfəri başa çatıb. Bankın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, L.Venkataçalam Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşərək ölkədə özəl sektorun inkişafı ilə bağlı fikir mübadiləsi aparıb.

Görüş zamanı həm də Asiya İnkişaf Bankının Azərbaycanda özəl biznes və dövlət institutlarına göstərdiyi dəstək də müzakirə olunub. L.Venkataçalam həm də Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi Qaradağ Sement Zavoduna baş çəkib və işin gedişi ilə tanış olub. O, eyni zamanda inkişaf partnyorları, sənaye nümayəndələri ilə görüşərək Azərbaycanda biznes imkanlarını müzakirə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR