Bank Of Baku

«Atəşgah Həyat» istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə iri ödənişlər həyata keçirib

«Atəşgah Həyat» istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə iri ödənişlər həyata keçirib
# 20 aprel 2012 09:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Həyat» sığorta şirkəti istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti sığorta ödənişlərini həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Atəşgah Həyat» sığorta şirkətində sığortalanmış neft şirkətlərindən birinin əməkdaşı bədbəxt hadisə nəticəsində 100% əmək qabiliyyətini itirib. Zərərçəkmiş şəxsə 2014-cü ilin fevralına qədər hər ay 683 manat ödəniləcək.

Digər ödəniş isə poladəritmə müəssisəsinin əməkdaşının ölüm faktına əsasən həyata keçirilib. Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 18 440 manat təşkil edib. Məbləğ faydalanan şəxsə - mərhumun anasına təqdim edilib.

Qeyd edək ki, «Atəşgah Həyat» sığorta şirkəti 2009-cu ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR