Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı pensiya kartlarının evlərə çatdırılmasını təmin edib

Azərbaycan Beynəlxalq Bankı pensiya kartlarının evlərə çatdırılmasını təmin edib
# 20 aprel 2012 09:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) əməkdaşları paytatın Yasamal rayonunda 40, Sabunçu rayonunda isə 80 pensiyaçıya plastik kartları yaşayış yeri üzrə çatdırıblar. Bu barədə «APA-Economics»ə Bankın mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, həmin pensiyaçıların vəkil edilmiş şəxsləri yoxdur və ya əlildir, ya da səhhəti və yaş səbəbindən Bankın filiallarına gələ bilmirlər. Bu səbəbdən də bank onların kartlarını birbaşa evlərinə çatdırıb.

Qeyd edək ki, ABB-yə gələ bilməyən pensiyaçıların yaxınları müvafiq etibarnamə ilə plastik kartın alınması üçün Banka müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR