Bank Of Baku

«Access Bank» yeni uduş kampaniyasına başlayıb

«Access Bank» yeni uduş kampaniyasına başlayıb
# 20 aprel 2012 12:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC bu gündən yeni uduşlu kredit kampaniyasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, mayın 15-dək «Access Bank»dan istənilən növ kredit (mikro və kiçik biznes kreditləri, aqrokreditlər, nağd kreditlər, avtomobil və ipoteka kreditləri) götürən müştərilər, kreditin məbləğindən asılı olmayaraq (100 manatdan 3 mln. manatadək) bankın keçirdiyi lotereyada iştirak edə bilər. Mayın 16-da keçiriləcək lotereyada qalib gələcək 12 müştəri Ukraynada keçiriləcək futbol üzrə Avropa Çempionatına getmək imkanı əldə edəcəklər. Bu mükafata aviabiletdən və mehmanxanadan əlavə, VIP səviyyəli biletlər də daxildir ki, bu da stadiona başqalarından ayrı daxil olmaq, furşet və oyunu lojadan izləmək imkanı yaradır. Lotereyanın qalibləri üç qrupa bölünərək Ukraynanın Donetsk şəhərində keçiriləcək oyunlarda iştirak edəcəklər. Birinci qrup Fransa-İngiltərə (11.06.2012), ikinci qrup Ukrayna-Fransa (15.06.2012), üçüncü qrup isə İngiltərə-Ukrayna (19.06.2012) qarşılaşmasına baxacaq.

Həmçinin, bu kampaniya çərçivəsində heç bir müştəri uduzmayacaq. Aprelin 20-dən mayın 15-dək kredit götürən bütün müştərilər son 3 ay üzrə kredit faizini ödəməkdən azad olunur.

Xatırladaq ki, «Access Bank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 29 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR