Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ilin əvvəlindən 5,4% artıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ilin əvvəlindən 5,4% artıb
# 04 iyul 2012 07:34 (UTC +04:00)
Mərkəzi Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda iyun ayı ərzində AMB-nin rəsmi valyuta ehtiyatları 154,4 mln. dollar və ya 1,4% artıb.

Qeyd edək ki, bu ilin may ayında ehtiyatların 59,8 mln. dollar və ya 0,6% azalması müşahidə olunub. Bu, əsasən həmin dövrdə dolların avroya qarşı möhkəmlənməsi və nəticədə valyuta ehtiyatlarının avroda olan hissəsinin dollar ifadəsində müəyyən dərəcədə dəyərdən düşməsi ilə əlaqəli olub.

Xatırladaq ki, 2011-ci ilin dekabr ayında valyuta ehtiyatlarının həcmi 3,454 mlrd. dollar və ya 49,2% artıb. Bu artım Mərkəzi Bank tərəfindən dekabr ayında bazardan iri həcmdə valyuta alması ilə əlaqədar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR