Bank Of Baku

Azərbaycan avtomobil, kənd təsərrüfatı və tikinti sektorunda sığortanın tətbiqini genişləndirir

Azərbaycan avtomobil, kənd təsərrüfatı və tikinti sektorunda sığortanın tətbiqini genişləndirir
# 04 iyul 2012 08:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın vaxtlarda Azərbaycan «Green Card» sisteminə üzv olacaq. «APA-Economics»in məlumatına görə, bunu maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

A.Bayramovun sözlərinə görə, növbəti illərdə ölkədə sığorta bazarının inkişafını daha da canlandırmaq üçün Maliyyə Nazirliyi tərəfindən bir neçə istiqamətdə kompleks işlər həyata keçiriləcək ki, bura kənd təsərrüfatı sığortası, icbari sığortalar və icbari sığorta növləri üzrə avtomatlaşdırılmış sistemin yaradılması daxildir.

A.Bayramov bildirib ki, gələcəkdə görüləcək tədbirlərdən biri də ölkədə kənd təsərrüfatı sığortası sahəsində təkmilləşdirmə işlərinin aparılması iə bağlı olacaq: «Bu sığorta növünün təkmilləşdirilməsinə ciddi ehtiyac var. Ölkədə kənd təsərrüfatı sığortasının potensialı çox genişdir və bu, prioritet bir istiqamətdir. Digər prioritet sahələrdən biri icbari avtomobil sığortası növünün avtomatlaşdırılmasıdır ki, bunun nəticəsində Azərbaycan «Green Card» sisteminə üzv olmağı planlaşdırır. Bu sistemə qoşulmaq üçün ilk olaraq elektron imzanın və əqdlərin elektron qeydiyyatının tətbiq edilməlidir».

Nazir müavini qeyd edib ki, Nazirlik tərəfindən tikinti sahəsində də sığorta xidmətlərinin tətbiqi nəzərdə tutulur. Bunun üçün bu sahədə müəyyən normativ sənədlərin qəbuluna ehtiyac var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR