Bank Of Baku

Rusiyanın xarici borcu 7% artıb

Rusiyanın xarici borcu 7% artıb
# 04 iyul 2012 12:10 (UTC +04:00)
Bakı – APA-Economics. Bu ilin birinci rübündə Rusiyanın məcmu xarici borcu 7,29% artaraq 585,133 mlrd. dollara yüksəlib. “APA-Economics”in xəbərinə görə, bu barədə Rusiya Mərkəzi Bankı açıqlama yayıb.

Xarici borcun həcmi mütləq göstəricilərlə ilin ikinci rübündə 20 mlrd. dollar, yarımil ərzində isə 40 mlrd. dollar artıb. Borc iqtisadiyyatın bütün sahələrində yüksəlib. Onun 61%-i qeyri-bank sektoru müəssisələrinin payına düşür.

Birinci yarımil ərzində Rusiyadan xalis kapital axını 43 mlrd. dollar təşkil edib. İllik müqayisədə bu göstərici 10 mlrd. dollar azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR