Bank Of Baku

“TBC Kredit”in rəhbərliyi dəyişib

“TBC Kredit”in rəhbərliyi dəyişib
# 05 iyul 2012 07:57 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən “TBC Kredit” bank olmayan kredit təşkilatının rəhbərliyində dəyişiklik baş verib.

Təşkilatdan “APA-Economics”ə verilən məlumata görə, 4 ildən artıq müddətdə (2008-ci ildən) direktor vəzifəsini (CEO) tutan Giorgi Nadareişvilini David Kiquradze əvəzləyib.

D.Kiquradze 5 ildən artıq “TBC Bank”ın (Gürcüstan) maliyyə departamentinə rəhbərlik edib və 4 iyundan rəsmi olaraq “TBC Kredit”ə rəhbərlik edir. O, təşkilatdakı dəyişikliyə həsr olunmuş korporativ tədbirdəki çıxışında bildirib ki, “TBC Kredit”ə rəhbərliyi kreditləşmə sahəsində böyük təcrübəsi olan G.Nadareişvilidən təhvil almaq çox xoşdur: “Giorgi öz karyerasını bank sahəsində, Gürcüstanda “TBC Bank”ın strukturunda davam etdirəcək. Mən ona uğurlar arzu edirəm. Səhmdarların tərkibinin dəyişməsindən sonra Giorginin direktor vəzifəsini yerinə yetirdiyi dövrdə kompaniyada bir sıra uğurlu dəyişikliklər həyata keçirilib. Bazarda yeni mövqe əldə olunub, adın dəyişdirilməsi (re-brendinq), məhsul spektrinin artırılması, filial şəbəkəsinin genişləndirilməsi baş verib”.

D.Kiquradze qeyd edib ki, şirkətin bütün kollektivinin düzgün təşkil edilmiş və yaxşı uzlaşdırılmış işi, uğurla keçirilmiş tədbirlər və rəhbərliyin bacarığı yaxşı maliyyə nəticələrinə gətirib çıxarıb: “Hazırda bizə mikrobiznes kreditləşməsinin inkişafına daha çox diqqət ayırmaq vacibdir. Bununla əlaqədar olaraq yeni satış nöqtələrinin və işçi heyətinin artırılması qərarı qəbul edilib. “TBC Kredit”in təcrübəli komandası, yeni ideyalar və düzgün müəyyənləşdirilmiş məqsədlər kompaniyanın bazarda daha surətli inkişafına kömək edəcək”.

Xatırladaq ki, “TBC Kredit” bank olmayan kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Şirkətin səhmlərinin (2007-ci ilin dekabr ayından) 75%-i Gürcüstanın aparıcı bankı olan «TBC Bank»a (Gürcüstan), 25%-i isə «ShoreBank International Ltd.» (ABŞ) şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR