Bank Of Baku

Maliyyə Nazirliyi «Standard Insurance» və «Alfa Sığorta» şirkətlərinin fəaliyyətində ciddi nöqsanlar aşkarlayıb

Maliyyə Nazirliyi «Standard Insurance» və «Alfa Sığorta» şirkətlərinin fəaliyyətində ciddi nöqsanlar aşkarlayıb
# 05 iyul 2012 08:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi icbari avtomobil sığortası bazarında şirkətlər tərəfindən potensial müştərilərin stimullaşdırılması məqsədilə aparılan tədbirlər üzrə keçirdiyi yoxlamalar zamanı «Alfa Sığorta» və «Standard Insurance» sığorta şirkətlərində ciddi nöqsanlar aşkarlayıb.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən (DSNX) «APA-Economics»ə verilən məlumata görə, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığorta şirkətlərinə şirnikləndirici reklam çarxları və kampaniyaların keçirilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilib: «Qanunvericilik şirnikləndirici aksiyaların keçirilməsinə yol vermir. Lakin Nazirliyin bu xəbərdarlığına bəzi sığorta şirkətləri məhəl qoymayıb».

DSNX-dən bildirilib ki, həmin xəbərdarlıqların nəticəsi olmadığına görə, Xidmət tərəfindən İcbari Sığorta Bürosuna üzv olan sığorta şirkətləri üzrə Bakı və regionlar daxil olmaqla yoxlamalara başlanılıb. Yoxlamalar zamanı «Alfa Sığorta» və «Standard Insurance» sığorta şirkətlərində ciddi nöqsanlar aşkarlanıb. Məhz bu səbəbdən də «Alfa Sığorta» şirkətinin icbari avtomobil sığortası üzrə lisenziyası ləğv edilib.

Xidmətdən bildirilir ki, mövcud qanunvericiliyə əsasən, icbari avtomobil sığortası ilə bağlı reklam çarxları və küçə reklamları yayımlamaq mümkün olsa da, şirnikləndirici şüarların səsləndirilməsi və kampaniyaların keçirilməsi qadağandır.

DSNX bununla bağlı apardığı yoxlamaları davam etdirəcək və hər hansı bir şirkətdə belə hallara rast gəlinərsə, onun icbari avtomobil sığortası üzrə lisenziyası ləğv ediləcək və şirkət İcbari Sığorta Bürosunun reyestrindən çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR