Bank Of Baku

Azərbaycanda dövlət vəsaiti ilə ipoteka kreditləşməsi iyunda kəskin azalıb

Azərbaycanda dövlət vəsaiti ilə ipoteka kreditləşməsi iyunda kəskin azalıb
# 05 iyul 2012 10:03 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə AİF-dən məlumat verilib.

Buna baxmayaraq, iyunda ipoteka kreditləşməsi əvvəlki aya nisbətən təqribən 2 dəfə azalıb. İyun ayında AİF-in xətti ilə 3,92 mln. manat ipoteka krediti verilib, nəticədə bu ilin yanvar-iyun aylarında verilən ipoteka kreditlərinin ümumi məbləği 34,84 mln. manata çatıb. Qeyd edək ki, bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 20% azdır.

Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin həcmi 380,38 mln. manata çatıb. Nəticədə, 2012-ci il iyulun 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 41,8 manata çatıb. Müqayisə üçün bildirək ki, 2012-ci ilin iyunun 1-nə bu rəqəm 41,4 manat olub.

İyunda AİF tərəfindən 11,31 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Nəticədə, ilk 6 ayda 44,460 mln. manatlıq kreditlər yenidən maliyyələşdirilib. İndiyədək verilən ipoteka kreditlərinin 305,43 mln. manatı və ya 80,3%-i təkrar maliyyələşdirilib.

Bununla yanaşı, cari ilin yanvar-iyun aylarında İpoteka Fondu 20 mln. manatlıq istiqraz buraxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR