Bank Of Baku

Əkbər Mədətli: «Azərbaycanda uzunmüddətli investisiya alətlərinin olmaması həyat sığortası bazarının inkişafını ləngidir»

Əkbər Mədətli: «Azərbaycanda uzunmüddətli investisiya alətlərinin olmaması həyat sığortası bazarının inkişafını ləngidir»
# 05 iyul 2012 10:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda həyat sığortası bazarının inkişafını ləngidən əsas səbəblərdən biri əhalinin gəlirlərinin aşağı səviyyədə olması və əlverişli investisiya alətlərinin olmamasıdır. «APA-Economics»in məlumatına görə, bunu «Atəşgah Həyat» sığorta şirkəti İdarə Heyətinin sədri Əkbər Mədətli Bakıda keçirilən beynəlxalq sığorta forumunda bildirib.

Ə.Mədətlinin sözlərinə görə, bazarın inkişafını ləngidən digər səbəblərdə var ki, bura həyat sığortası üzrə yüksək bilikli kadrların olmaması, marketinq siyasətinin düzgün aparılmaması və qiymətli kağızlar üzrə gəlirlik səviyyəsinin aşağı olması amilləri aiddir.

Ə.Mədətli bildirib ki, ölkədə həyat sığortası bazarının inkişafını sürətləndirmək üçün uzunmüddətli həyat sığortası polisləri üzrə əldə olunan yığımlar üçün yeni investisiya alətlərinin tətbiqi, həyat sığortası məhsullarının innovasiyaları və marketinqi inkişaf etdirməklə bazara töhfə verə biləcək xarici şirkətlərin Azərbaycana cəlb edilməsi, həmçinin icbari sığorta növlərinin təkmilləşdirilməsi, o cümlədən təqaüd sığorta növünün inkişafı üçün təqaüdlə bağlı müvafiq sənədlərdə təkmilləşdirmələr aparılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR