Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin gömrük daxilolmaları 3% artıb

Azərbaycan dövlət büdcəsinin gömrük daxilolmaları 3% artıb
# 05 iyul 2012 11:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-ECONOMICS. Bu ilin iyun ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 102,194 mln. manat həcmində vəsait daxil olub. Bu, ötən ilin iyun ayı ilə müqayisədə 1,6% çoxdur.

DGK-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, iyun ayında toplanan vəsaitin 20,758 mln. manatı gömrük rüsumları, 73,762 mln. manatı ƏDV, 5,408 mln. manatı aksizlər, 2,266 mln. manatı yol vergisinin payına düşüb. Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 557,187 mln. manat həcmində vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrünün analoji göstəricisinə nisbətən 2,73% artıqdır.

Yanvar-iyun aylarında toplanan vəsaitin 160,271 mln. manatı gömrük rüsumları, 357,667 mln. manatı ƏDV, 30,604 mln. manatı aksizlər, 8,645 mln. manatı yol vergisinin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR