Bank Of Baku

Azərbaycanın korporativ qiymətli kağızlar bazarında azalma müşahidə olunur

Azərbaycanın korporativ qiymətli kağızlar bazarında azalma müşahidə olunur
# 05 iyul 2012 14:05 (UTC +04:00)
Ötən ay ərzində Birjanın dövriyyəsi 20,6% artıb.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə korporativ istiqrazların yerləşdirilməsi 55,3% azalaraq 32,185 mln. manat, səhmlərin ilkin bazarı isə 33,8% azalaraq 35,452 mln. manat təşkil edib.

Korporativ istiqrazların təkrar bazarı 52,6% azalaraq 83,783 mln. manata, təkrar səhm bazarı isə 7,3% artaraq 4,781 mln. manata çatıb.

Bununla yanaşı, ilk yarımillikdə dövlət qiymətli kağızları bazarı 63,6% artaraq 5,592 mlrd. manat təşkil edib. Bunun strukturunda 35,754 mln. manat dövlət istiqrazları, 1,326 mln. manat dövlət istiqrazlarının təkrar bazarı, 604,249 mln. manat Mərkəzi Bankın notları, 12,487 mln. manat notların təkrar bazarı, 4,938 mlrd. manat isə repo əməliyyatlarının payına düşüb. Keçən ilin ilk yarısına nisbətən dövlət istiqrazlarının yerləşdirilməsi 79,4%, təkrar bazarı isə 93,4% azalıb. Not bazarında isə 25,3% və 30,7% artım müşahidə olunub. Repo əməliyyatlarının dövriyyəsi isə hesabat dövründə 80,8% genişlənib.

Bazarın seqmentləri

Yanvar-iyun, 2012

Yanvar-iyun, 2011

Nisbət (%)

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Dİ (AMN)  (yerləşdirmə)

35 753 471,07

15

173 869 168,77

103

20,56%

Dİ (AMN) 
(təkrar bazar)

1 325 851,92

2

20 224 687,58

20

6,56%

Notlar (AMB)  (yerləşdirmə)

604 249 270,36

145

482 453 357,93

172

125,25%

Notlar (AMB)
(təkrar bazar)

12 486 939,02

8

9 555 687,77

5

130,68%

Repo əməliyyatları

4 938 350 331,89

659

2 731 753 699,47

605

180,78%

DQK bazarı cəmi

5 592 165864,26

829

3 417 856 601,52

905

163,62%

Korporativ istiqrazlar (yerləşdirmə)

32 185 335,00

53

72 080 584,00

48

44,65%

Korporativ istiqrazlar
(təkrar bazar)

83 782 802,71

32

176 689 238,85

49

47,42%

Səhmlər (yerləşdirmə)

35 451 602,55

47

53 549 232,00

81

66,20%

Səhmlər
(təkrar bazar)

4 780 883,77

1 810

4 455 273,50

1 624

107,31%

KQK bazarı cəmi

156 200 624,03

1 942

306 774 328,35

1 802

50,92%

CƏMİ

5 748 366 488,29

2 771

3 724 630 929,87

2 707

154,33%


Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Mərkəzi Bankı;
DQK – Dövlət qiymətli kağızları;
KQK – Korporativ qiymətli kağızlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR