Bank Of Baku

Macarıstan-Azərbaycan hökumətlərarası komissiyanın növbəti iclası bu ilin oktyabr ayında Budapeştdə keçiriləcək

Macarıstan-Azərbaycan hökumətlərarası komissiyanın növbəti iclası bu ilin oktyabr ayında Budapeştdə keçiriləcək
# 23 iyul 2012 13:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycanda səfərdə olan Macarıstanın dövlət katibi, Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti komissiyanın Azərbaycan tərəfdən həmsədri, ölkənin iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Ş.Mustafayev hazırda iqtisadiyyatın bütün sahələrində böyük uğurların qazanıldığını diqqətə çatdırıb, dövlət başçılarının yüksək səviyyəli səfərlərinin, keçirilən görüşlərin Azərbaycan-Macarıstan əməkdaşlığının inkişafında xüsusi əhəmiyyətini vurğulayıb.

Öz növbəsində P.Siyarto Azərbaycana səfərindən və ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsində ölkələrin böyük potensiala malik olduğunu qeyd edib.

Görüşdə Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinin mövcud vəziyyəti, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri və investisiya qoyuluşu imkanları, eləcə də bu ilin oktyabr ayında Budapeştdə keçirilməsi nəzərdə tutulan Macarıstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 3-cü iclasına hazırlıq işlərinin gedişi müzakirə edilib.

Görüşdən sonra Azərbaycanın investisiya və biznes imkanlarının təqdimatı keçirilib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) vitse-prezidenti Gülşən Rzayeva Azərbaycanın əlverişli investisiya mühiti və biznes imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru vəzifəsini icra edən Rövşən Nəcəf təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə təqdimatlarla çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR