Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı 30-dan artıq layihənin icrasına başlayıb

Azərbaycan Mərkəzi Bankı 30-dan artıq layihənin icrasına başlayıb
# 23 iyul 2012 13:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) Strateji Planı çərçivəsində 30-dan artıq layihənin icrasına başlanılıb. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin İdarə Heyətinin sədr müavini Xəqani Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda AMB-nin 2011-2014-cü illəri əhatə edən Strateji Planı mövcuddur ki, bu Plana 9 strateji məqsəd, 7 fəaliyyət proqramı və 30-dan artıq layihə daxildir: «Artıq sözügedən layihələrin icrasına başlanılıb. Layihələr həm bir sıra yenilikləri, həm də AMB-nin cari fəaliyyətinin yaxşılaşdırılmasını əhatə edir».

X.Abdullayev onu da bildirib ki, AMB-nin Strateji Planına makroiqtisadi sabitliyin idarə olunmasının institusional bazasının gücləndirilməsi, qabaqcıl praktikaya uyğun risk əsaslı prudensial nəzarət çərçivəsinin formalaşdırılması, nağd pulun idarə edilməsinin ən müasir standartlarının formalaşdırılması, modern və standartlaşdırılmış statistika sisteminin yaradılması, fəaliyyətin yüksək effektivliyini təmin edən korporativ idarəetmə sisteminin formalaşdırılması, yüksək nəticəli fərdi fəaliyyəti və inkişafı stimullaşdıran insan resurslarının idarə edilməsi sisteminin qurulması, AMB-nin modern kommunikasiya sisteminin yaradılması, maliyyə təhlili və hesabatlığının beynəlxalq standartlara uyğun yeni vasitələrinin formalaşdırılması və daxili dəstəkləyici xidmətlərin müasir idarəetmə sisteminin yaradılması kimi hədəflər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR