Bank Of Baku

ARDNF xarici şirkətlərin səhmlərinə 600 mln. dollar sərmayə qoyacaq

ARDNF xarici şirkətlərin səhmlərinə 600 mln. dollar sərmayə qoyacaq
# 23 iyul 2012 14:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Sentyabr ayında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) səhmlərə investisiya yatırmağa başlayacaq.

«APA-Economics»in məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında ARDNF-ın icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə səhmlərə investisiyalar xarici menecerlər vasitəsilə həyata keçiriləcək. Bununla bağlı keçirilən sorğuda 5 nüfuzlu şirkətdən ikisi xarici menecer kimi seçilib. Bunlar «USB Global Asset Management» və «State Street Global Advisors» şirkətləridir.

Ş.Mövsümov bildirib ki, ARDNF səhmlərə 600 mln. dollar investisiya yatırmaq niyyətindədir: “Bu investisiyalar xarici menecerlər tərəfindən passiv idarəetmə üsulu ilə idarə olunacaq. Bu investisiyalar üçün hədəf kimi əsasən inkişaf etmiş ölkələrin 1600-dən çox nüfuzlu iri şirkətlərin yer aldığı səhm bazarı indekslərindən olan MSCİ World indeksi seçilib. Hazırda dünya maliyyə bazarlarında, o cümlədən səhm bazarında müşahidə olunan ciddi qiymət dəyişkənliyi risklərini nəzərə alaraq ARDNF-ın ilkin səhm investisiyaları sentyabr ayına nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR