Vergilər Nazirliyi əmək münasibətlərinə vergi nəzarətinin təşkili sahəsində kompleks tədbirlərə başlayıb
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə işəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi hallarının qarşısının alınması istiqamətində Vergilər Nazirliyində yaradılan Qərargahın üzvləri və 250-dək iri vergi ödəyicilərinin nümayəndələri iştirak edib.
Vergilər nazirinin birinci müavini, qərargahın rəhbəri Natiq Əmirov çıxış edərək bildirib ki, ölkədə inkişaf templərinin artması, yerlərdə sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin qurulması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması istiqamətində uğurlu nəticələr qazanılıb: «Lakin ölkədəki iqtisadi artım və əhalinin gəlirlərinin yüksəlməsinə baxmayaraq, bəzi sahibkarlar vergi orqanlarına təqdim etdikləri muzdlu işlə əlaqədar əmək haqqından tutulan gəlir vergisi hesabatlarında real vəziyyətə uyğun göstəriciləri əks etdirmir. Bir sıra vergi ödəyiciləri, işəgötürənlər vergi və ödənişlərdən yayınmaq məqsədilə qanunvericiliyin tələblərini pozaraq işçilərlə əmək müqavilələri bağlamır, iş yerləri rəsmiləşdirilmədən onlara hər hansı işlərin görülməsini həvalə edirlər. Bundan başqa, iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan vergi ödəyicilərinin muzdlu işlə əlaqədar təqdim etdiyi vergi bəyannamələrindəki əmək haqqı məbləğləri təsərrüfat subyektinin real potensialı, eləcə də həmin sektor üzrə fəaliyyət göstərən və əmək haqlarının düzgün müəyyən edilməsinə üstünlük verən vergi ödəyicilərinin əmək haqqı məbləği göstəriciləri ilə uzlaşmır və onlardan hətta bəzən bir neçə dəfə aşağı olur».
N.Əmirov onu da qeyd edib ki, işçi sayı, əmlakı və dövriyyəsinin həcmi daha çox olan müəssisələrdə belə direktor, baş mühasib, menecer kimi vəzifələr üçün müəyyənləşdirilmiş əmək haqları sıravi işçilər üçün müəyyən edilən məbləğlərlə eynilik təşkil edir. Bundan başqa, bir sıra hallarda vergi öhdəliklərini və sosial sığorta ayırmalarını minimallaşdırmaq məqsədilə işəgötürənlər işçilərlə əmək müqaviləsi əvəzinə mülki-hüquqi xarakterli xidmət müqavilələri bağlayır.
İşəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi vergidən yayınma halları ilə yanaşı, muzdla çalışan işçilərin əmək hüquqlarını pozmaqla, gələcək dövlət sosial təminatından da məhrum edir.
«Qeyd edilənlər əmək münasibətlərində vergi nəzarətinin daha da gücləndirilməsini zəruri edir, göstərilən halların aradan qaldırılması və gəlir vergisi üzrə vergitutma bazasının leqallaşdırılması istiqamətində vergi orqanlarının da üzərinə böyük vəzifələr düşür. Mövcud problemlərin aradan qaldırılması, işçilərin hüquqlarının qorunması və əmək münasibətləri sahəsində vəziyyətə vergi nəzarətinin artırılması məqsədilə Vergilər Nazirliyində xüsusi Qərargahın yaradılıb və nazirlik tərəfindən kompleks tədbirlər həyata keçiriləcək», - deyə N.Əmirov bildirib.
Vergi ödəyicilərinin nəzərinə həmçinin çatdırılıb ki, işəgötürənlər iş yerlərinin qeydiyyatını düzgün aparmalı, fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamaqla rəsmiləşdirilməli, əmək haqlarının real orta aylıq əmək haqlarına uyğun müəyyən etməlidir.
İş yerlərinin rəsmiləşdirilməməsi öz növbəsində işəgötürənlər üçün ciddi maliyyə sanksiyaları və inzibati cərimələr deməkdir. Ödəyicilərin nəzərinə çatdırılıb ki, vergi orqanı tərəfindən əmək müqaviləsi bağlamadan işləri yerinə yetirdiyi aşkar edilən hər bir şəxs üzrə 1 000 manat məbləğində maliyyə sanksiyası və yayındırılmış vergi məbləğləri bərpa edilərək digər müvafiq sanksiyalar tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Əmək Müfəttişliyi tərəfindən əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxslər 3 000 manatdan 5 000 manatadək miqdarda, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək miqdarda cərimə edilir.
Maliyyə
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Xəbər Lenti
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb