Bank Of Baku

Macarıstan nümayəndə heyəti Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində olub

Macarıstan nümayəndə heyəti Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində olub
# 23 iyul 2012 15:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Bakıda səfərdə olan Macarıstanın dövlət katibi, Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyasının həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, görüşdə QKDK sədri R.Aslanlı iki ölkə arasındakı münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini, bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsindən məmnunluğunu bildirib və Azərbaycanın qiymətli kağızlar bazarı haqqında və gələcəkdə bazar infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Öz növbəsində P.Siyarto iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Görüşdə həmçinin Azərbaycanla Macarıstan arasında qarşılıqlı maraq doğuran sahələr üzrə əlaqələrin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR