Bank Of Baku

Azərbaycan Mərkəzi Bankında «Açıq qapı» günü keçirilib - FOTO

Azərbaycan Mərkəzi Bankında «Açıq qapı» günü keçirilib - <font color=red>FOTO</font>
# 23 iyul 2012 15:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan milli mətbuatının yaranmasının 137 illiyi münasibəti ilə Azərbaycan Mərkəzi Bankında (AMB) jurnalistlər üçün «Açıq qapı» günü keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbiri açıq elan edən AMB-nin sədr müavini Xəqani Abdullayev KİV nümayəndələrini peşə bayramları münasibətilə təbrik edib.

AMB-nin KİV nümayəndələri ilə intensiv əməkdaşlıq etdiyini vurğulayan X.Abdullayev qeyd edib ki, «Açıq qapı» günü tədbiri jurnalistlərə bankın struktur bölmələrinin fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı verəcək. X.Abdullayev AMB-nin «2011-2014-cü illər üçün Strateji Planı» barədə qısa məlumat verərək bildirib ki, plan Bankın bütün fəaliyyət sahələrini əhatə edir və hazırda bu planın icrası aktiv mərhələdədir.

Daha sonra jurnalistlər AMB-nin Nağd Pul, Pul siyasəti, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət, İnsan resursları, Ödəniş sistemləri və hesablaşmalar departamentlərinin fəaliyyəti ilə tanış olub. KİV nümayəndələri ilə görüşən hər bir departament direktoru onlara rəhbərlik etdikləri struktur bölmənin fəaliyyəti barədə ətraflı məlumat verərək jurnalistlərin suallarını cavablandırıb.

Jurnalistlər həmçinin Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR