Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının kredit portfeli 12% artıb

Azərbaycan Beynəlxalq Bankının kredit portfeli 12% artıb
# 24 iyul 2012 09:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri son bir ildə 4% artaraq 2012-ci il iyulun 1-nə 5,145 mlrd. manata çatıb.

Bankın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bankın kredit portfeli illik müqayisədə 12% artaraq 3,7 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 445 mln. manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR