Bank Of Baku

«Bank SilkWay» nizamnamə kapitalını artırır

«Bank SilkWay» nizamnamə kapitalını artırır
# 24 iyul 2012 10:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bank SilkWay» ASC-nin adi adlı sənədsiz səhmlərinin yeni emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 138 manat, sayı 102 480 ədəd, emissiyanın ümumi həcmi isə 14 142 240 manat təşkil edir.

Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 35,3% artaraq 54,162 mln. manata çatacaq.

Xatırladaq ki, «Bank SilkWay» ASC 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Sonradan bankın səhmdarları sırasına daxil olan «Azərbaycan Hava Yolları» QSC və onun tərkibində olan strukturlar öz payını «SilkWay Holding»ə satıb. Hazırda bankın səhmdarları rolunda «SilkWay Holding» (83,66%) və bir neçə fiziki şəxs çıxış edir.

Bu il iyulun 1-nə bankın aktivlərinin həcmi 113,786 mln. manat, kredit portfeli 56,134 mln. manat, depozit portfeli 84,109 mln. manat, məcmu kapitalı 44,379 mln. manat, o cümlədən nizamnamə kapitalı 40,020 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR