Bank Of Baku

İranda dollar mübadiləsi qaydaları dəyişib

İranda dollar mübadiləsi qaydaları dəyişib
# 24 iyul 2012 10:38 (UTC +04:00)
«APA-Economics»in «Reuters»ə istinadən məlumatına görə, bundan sonra İranda milli valyuta olan rialın dollara dəyişdirilməsi üçün 3 pilləli sistem tətbiq ediləcək.

Yeni sistemə əsasən, ilkin tələbat mallarının alınması üçün banklar 1 dolları 12 260 riala satacaqlar. İstehsal vasitələri və adi malların alınması üçün isə 1 dollar 15 000 riala satılacaq. Digər bütün hallarda isə İran vətəndaşları 1 dollara görə 19 000 rial ödəməli olacaqlar.

Qeyd edək ki, son bir ildə İran rialının məzənnəsi 50%-dən aşağı düşüb. Ekspertlərin fikrincə, bu, ABŞ və Avropa Birliyinin İrana öz nüvə proqramını inkişaf etdirdiyinə görə tətbiq etdiyi sanksiyaların nəticəsidir. Bu sanksiyalar nəticəsində iyulun əvvəlində İranın əsas gəlir mənbəyi olan neft hasilatı son 20 ildə minimuma düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR