Bank Of Baku

«DəmirBank»ın daha 5 müştərisi lotereyada növbəti ayın kredit ödənişini qazanıb

«DəmirBank»ın daha 5 müştərisi lotereyada növbəti ayın kredit ödənişini qazanıb
# 24 iyul 2012 11:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «DəmirBank»ın istehlak kreditləri üzrə «Kreditini hədiyyə qazan» şüarı ilə keçirdiyi lotereyada daha 5 müştəri qalib olub. Qaliblərə artıq telefon vasitəsilə nəticələr barədə məlumat verilib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, kampaniya ərzində hər ay 5 müştəri növbəti ayın kredit ödənişini (hər biri maksimum 500 manat), lotereyanın sonunda isə 1 müştəri kredit üzrə tam qalıq borcunu (maksimum 5 min manat) qazanacaq. Kampaniyanın növbəti tirajı avqustun 22-də keçiriləcək.

Şərtlərə əsasən, «DəmirBank»dan istehlak kreditləri üzrə maksimum 5 min manat (və ya 6,3 min ABŞ dolları) kredit götürən və son 2 ayda ödənişlərdə gecikməsi olmayan müştərilər uduş kampaniyasında iştirak hüququ qazanır.

Kampaniyada «Nağd pul krediti», «Dövlət işçilərinə kredit», «Dövlət qulluqçularına kredit», «Təqaüdçü krediti», «Səhiyyə işçilərinə kredit», «Təhsil işçilərinə kredit», «Təhsil krediti», «Məişət texnikası/kompüter krediti», «Mebel krediti», «Qızılla kredit», «Təmir krediti» və ya «Turizm krediti» götürən müştərilər iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR