Bank Of Baku

AYİB: Bu il Azərbaycanda iqtisadi artım 2,5% təşkil edəcək

AYİB: Bu il Azərbaycanda iqtisadi artım 2,5% təşkil edəcək
# 25 iyul 2012 09:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan üzrə iqtisadi artım proqnozunu yeniləyib.

«APA-Economics»in məlumatına görə, AYİB-in tərtib etdiyi yeni hesabata əsasən, 2012-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 2,5%, 2013-cü ildə isə 3% təşkil edəcəyi gözlənilir.

Hesabatda həmçinin qeyd olunub ki, Azərbaycan qlobal maliyyə böhranını uğurla adlayıb. Lakin hazırda ölkədə iqtisadi artım tempi zəifləyib. Bu da ölkədə neft hasilatının azalması ilə əlaqədardır.

Qeyd edək ki, Dünya Bankının proqnozlarına əsasən, Azərbaycanda iqtisadi artım 2012-ci ildə 3,1%, 2013-cü ildə 4,4%, Asiya İnkişaf Bankının proqnozlarına görə isə müvafiq olaraq 4,1% və 3,5% təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR