Bank Of Baku

AYİB: Avrozonada müşahidə olunan böhran şərqə doğru genişlənir

AYİB: Avrozonada müşahidə olunan böhran şərqə doğru genişlənir
# 25 iyul 2012 11:33 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) bildirilib.

Bankdan verilən məlumata görə, avrozona böhranının mənfi təsiri şərqə yayılır və özünü xammalın qiymətlərinin, tələbatın aşağı düşməsində göstərir. Bunlar hazırda əsasən Rusiyaya mənfi təsir göstərir.

AYİB-in Regional İqtisadi Perspektivlər hesabatına əsasən, bankın investisiya yatırdığı bütün ölkələrdə iqtisadiyyat 2012-2013-cü illərdə bir qədər azalacaq. İnkişaf Cənubi və Şərqi Aralıq dənizi regionunda daha zəif olacağı gözlənilir. Ümumiyyətlə, AYİB Avropa üzrə proqnozlarını yeniləyib. Belə ki, əgər may ayında bank regionda 2012-ci il üçün 4,6%-lik iqtisadi artım proqnozlaşdırırdısa, yenilənmiş proqnoz 2,7%-ə bərabərdir. Gələn ilin iqtisadi artım proqnozu isə 3,7%-dən 3,2%-dək endirilib.

AYİB-dən həmçinin bildirilib ki, bu il ərzində Sloveniya, Macarıstan və Xorvatiyada iqtisadi artım zəifləyib. Eyni zamanda Rumıniya və Serbiya iqtisadiyyatında da zəifləmələr müşahidə olunur. Polşa və Slovakiyada isə əksinə olaraq inkişaf edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR