Bank Of Baku

İlk yarımildə Azərbaycanın xarici ticarətində müsbət saldo 5,7% azalıb

İlk yarımildə Azərbaycanın xarici ticarətində müsbət saldo 5,7% azalıb
# 25 iyul 2012 12:25 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin ilk 6 ayında Azərbaycanın fiziki və hüquqi şəxsləri 135 xarici ölkə ilə 17 mlrd. 171 mln. 155,78 min dollarlıq ticarət əməliyyatı aparıb.

«APA-Economics»in Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, ötən ilin eyni dövrünə nisbətən xarici ticarət dövriyyəsi 1,4% azalıb.

Bu dövrdə ölkədən 1714 çeşiddə 12 mlrd. 711 mln. 506,66 min dollarlıq mal ixrac edilib, xaricdən ölkəyə isə 5548 çeşiddə 4 mlrd. 459 mln. 649,11 min dollarlıq mal idxal edilib. Ötən ilin eyni dövrünə nisbətən ölkədən ixrac 2,9% azalıb, idxal isə 3,14% artıb.

İlk 6 ayda Azərbaycanın xarici ticarətində müsbət saldo 8 mlrd. 251 mln. 857,55 min dollar təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən müsbət saldo 5,66% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR