Bank Of Baku

Azərbaycandan ixracın 95%-i dövlət sektorunun payına düşür

Azərbaycandan ixracın 95%-i dövlət sektorunun payına düşür
# 25 iyul 2012 13:05 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə ixracın 95%-ə qədəri dövlət sektorunun payına düşüb.

«APA-Economics»in Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, ilk 6 ayda ölkədən xaricə ixracın həcmi 12 mlrd. 711 mln. 506,66 min dollar təşkil edib ki, bunun da 12 mlrd. 59 mln. 881,83 min dolları dövlət sektoru tərəfindən həyata keçirilib.

İxracda özəl sektorun payı 577 mln. 891,57 min dollar və ya 4,54%, fiziki şəxslərin payı 73 mln. 733,26 min dollar və ya 0,58% təşkil edib.

Bu dövrdə xaricdən idxal əməliyyatlarının həcmi 4 mlrd. 459 mln. 649,11 min dollar təşkil edib ki, bunun da 20,2%-i dövlət sektorunun, 74,67%-i özəl sektorun, 5,1%-i fiziki şəxslərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR