Bank Of Baku

Dünya Bankı Azərbaycan üzrə rəhbərini dəyişir

Dünya Bankı Azərbaycan üzrə rəhbərini dəyişir
# 26 iyul 2012 09:13 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə DB-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Nümayəndəlikdən verilən məlumata görə, hazırda bu vəzifədə Cozef Ouen çalışır və artıq iyulun sonunda onun səlahiyyət müddəti bitir: «Hələlik Azərbaycan üzrə yeni menecer dəqiq müəyyənləşməyib. Lakin iyulun sonunadək yeni menecer müəyyənləşəcək və daha sonra ölkə hökumətinə təqdim ediləcək».

Nümayəndəlikdən həmçinin bildirilib ki, 3 il bu vəzifədə çalışan C.Ouen fəaliyyətini DB-nin Vaşinqtonda yerləşən baş ofisində davam etdirəcək: «DB-nin siyasətinə görə, bu vəzifəyə 3 il müddətinə təyinat olur və bu müddət başa çatdıqdan sonra həmin şəxsin səlahiyyət müddəti daha 1 il artırıla bilər».

Qeyd edək ki, C.Ouendən öncə bu vəzifədə çalışan Qreqori Yedjeyçak məhz 4 il Azərbaycanda fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR