Bank Of Baku

«Texnikabank»da əhalinin əmanətləri artıb

«Texnikabank»da əhalinin əmanətləri artıb
# 26 iyul 2012 10:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İyul ayı ərzində əhali tərəfindən «Texnikabank»a yatırılan əmanətlər 2 mln. manat artıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Texnikabank» bu göstəriciyə cari ayın son 3 həftəsi ərzində nail olub. Hazırda fiziki şəxslərin bankdakı əmanətlərinin həcmi 107,5 mln. manat təşkil edir: «Yeni rəhbərliyinin səyi nəticəsində «Texnikabank»ın depozit portfeli artır və bu da əhalinin banka etibarının artmasını göstərir».

Qeyd edək ki, hazırda «Texnikabank» 35 filial və 17 şöbə vasitəsilə 40 mindən artıq müştəriyə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR