Bank Of Baku

«NBC Bank»ın aktivləri 24% artıb

«NBC Bank»ın aktivləri 24% artıb
# 26 iyul 2012 11:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk yarısında «NBC Bank»ın aktivləri 24% artaraq 78,6 mln. manata çatıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ən çox artım fiziki şəxslərin depozit portfelində müşahidə olunub. Belə ki, 2011-ci ilin sonunda fiziki şəxslərin depozit portfeli 23,88 mln. manat təşkil edirdisə, 2012-ci il iyul ayının 1-nə olan məlumata əsasən, depozit portfeli 36% artaraq 32,48 mln. manat təşkil edib.

«Bununla yanaşı, kredit portfelində də son 6 ayda artım müşahidə olunub. Ötən ilin sonunda kredit portfelinin həcmi 51,22 mln. manat təşkil edirdisə, 2012-ci ilin ilk 6 ayının nəticələrinə görə, bankın kredit portfeli 59,84 mln. manat təşkil edib. Bu da təxminən 17,3% artım deməkdir», - deyə «NBC Bank»dan bildirilib.

Xatırladaq ki, «NBC Bank» ASC 1992-ci ilin dekabrından «Ruzi» Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR