“Facebook”un zərəri 157 mln. dollara çatıb
27 iyul 2012 11:19 (UTC +04:00)
Bakı - APA-Economics. “Facebook” sosial şəbəkəsi bu ilin ikinci rübünə dair maliyyə hesabatını açıqlayıb.
“APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, “Facebook” səhmlərinin iki ay əvvəl birjaya çıxarılmasından sonra təqdim olunan ilk hesabatdan şirkətin 2012-ci ilin ikinci rübündə 157 mln. dollar zərərə düşdüyü məlum olub.
Maraqlıdır ki, ikinci rübdə şirkətin gəlirləri 30% artaraq 1,2 mlrd. dollara çatıb. Gəlirlərin əsas hissəsini reklamların yerləşdirilməsi təmin edib.
Şirkətin maliyyə hesabatı açıqlandıqdan sonra birjalar bağlanarkən “Facebook”un səhmlərinin dəyəri daha 9% ucuzlaşıb və nəticədə qiymətləri ilkin dəyərindən 30% aşağı edib.

Maliyyə
AMB: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
11:53
18 may 2024
Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var
11:08
18 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
18 may 2024
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024