Bank Of Baku

Böyük Britaniyanın kredit reytinqi “AAA” səviyyəsində təsdiqlənib

Böyük Britaniyanın kredit reytinqi “AAA” səviyyəsində təsdiqlənib
# 28 iyul 2012 09:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev-APA-Economics. “Standard & Poor’s” beynəlxalq reytinq agentliyi Böyük Britaniyanın kredit reytinqini ən yüksək olan “AAA” səviyyəsində təsdiqləyib. “APA-Economics”in məlumatına görə, bu ilin əvvəlində ölkədə iqtisadi geriləmə müşahidə olunub ki, nəticədə hökumət büdcə xərclərini azaltmağa əl alıb.

Buna baxmayaraq agentliyin fikrincə, ölkə hökuməti büdcə siyasətini sabit saxlayacaq və mümkün ola biləcək makroiqtisadi dəyişmələrə operativ reaksiya verə biləcək. Agentliyin proqnozuna görə, ilin ikinci yarısında Böyük Britaniyada iqtisadi vəziyyət yaxşılaşacaq. Eyni zamanda gözlənilir ki, iqtisadiyyata dəstək məqsədi ilə İngiltərə Bankı baza faiz dərəcəsini indiki 0,5 faizlik səviyyəsində saxlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR